Dərc edilib: 16-10-2022

https://www.nuh.az/32376-.html

Elmira Axundova niyə Kiyevdəki vəzifəsinin BAŞINDA deyil..?

16.10.2022 22:28:54

Dünya

Son günlər Rusiyanın Kiyevi bombalamasından sonra Azərbaycanın Ukraynadıkı səfiri Elmira Axundovanın Kiyevdəki vəzifəsinin başında olub-olmaması məsələsi yenidən aktuallaşıb.

Qeyd edək ki, hazırda səfir xanımı səfirliyin müvəqqəti işlər vəkili əvəz edir.

Bizim.Media-ya danışan Elmira Axundovanın sözlərinə görə hazırda Kiyevdə olmaması səbəbi ondan asılı deyil:

“Biz dövlət adamıyıq. Fikrim də, istəyim də var. Məndən asılı olsaydı, çoxdan Kiyevdə olardım. Mənim vəzifəmi kimsə icra etmir. Sadəcə səfir ölkədə olmayanda, onu kimsə əvəz edir. Bu adi praktikadır. Ona görə ona müvəqqəti deyirlər”, - deyə xanım səfir qeyd edib.


Elmira Axundova DANIŞDI – “Ukraynaya getmək istəyirəm, rəhbərlik qoymur”


Xatırladaq ki, 24 fevraldan etibarən Rusiyanın Ukraynada həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar çərçivəsində bir çox ölkə səfirlikləri ilə yanaşı Azərbaycan səfirliyinin nümayəndələri də Ukraynanı tərk etmişdilər.

Hazırda diplomatik missiyamız bu ölkədə fəaliyyətini bərpa edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib