Dərc edilib: 17-10-2022

https://www.nuh.az/32384-.html

Göyçaya yeni icra başçısı təyin olundu

17.10.2022 21:55:50

Siyasət

Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

 

NUH.az   xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Göyçayın icra başçısı vəzifəsi 7 aydan çoxdur ki, boş idi. 2016-cı ildən rayonun icra başçısı olan Mehdi Səlimzadə bu il fevralın 28-də işdən azad edilmişdi.

 

Natiq   Ağayev   Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər şöbəsinin rəisi olub. 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib