Dərc edilib: 18-10-2022

https://www.nuh.az/32389-.html

Amaliya Pənahovanın oğlu da səfir təyin olundu

18.10.2022 07:54:40

LIVE

Azərbaycanın Müqəddəs Taxt-Tacda (Vatikan) yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 


NUH.az   xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifə İlqar Yusif oğlu Muxtarova tapşırılıb. 

53 yaşlı diplomat daha əvvəl  Azərbaycan səfiri kimi Meksika, Kosta-Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda akkreditə olunub. 

Qeyd edək ki, İ. Muxtarov mərhum Xalq artisti Amaliya Pənahovanın oğludur. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib