Dərc edilib: 19-10-2022

https://www.nuh.az/32400-.html

Fransanın sement şirkəti İŞİD-i maliyyələşdirdiyini etiraf etdi

19.10.2022 01:41:55

LIVE

ABŞ-dakı məhkəmə prosesində fransız sement istehsalçısı “Lafarge”nin İŞİD terror təşkilatına yardım göstərdiyini etiraf edib.


ABŞ Ədliyyə Nazirliyindən verilən yazılı açıqlamaya görə, Fransa şirkəti Nyu-Yorkun Bruklin şəhər federal məhkəməsində iddiaçı tərəflə razılığa gəlib.

Cinayətini etiraf edən “Lafarge” 777,78 milyon dollar cərimə ödəməyə razılaşıb.

Şirkətdən verilən yazılı açıqlamada, “Lafarge” və onun törəmə şirkəti Suriyada terrorçuların törətdikləri bir sıra əməllərə görə məsuliyyəti öz üzərinə götürüb. Sement istehsalçısı baş verənlərdən çox təəssüfləndiyini bəyan edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib