Səhər yeməyindən imtina edənləri gözləyən TƏHLÜKƏ
Səhər yeməyindən imtina ciddi fəsadlara səbəb ola bilər.
“Qafqazinfo” “MedikForum”a istinadla xəbər verir ki, səhər yeməyindən imtina etmək vərdişi təhlükəsi barədə xəbərdarlıq edən həkim-diyetoloq Yelena Solomatina belə hesab edir.
Diyetoloq deyib ki, səhər yeməyinə təbii ehtiyac insan orqanizminə xasdır. Mütəxəssisin sözlərinə görə, səhər saatlarında fəallığın artması onun üçün təbiidir – bu, müəyyən hormonların istehsalı deməkdir. Belə fəallıq sürətlənmiş maddələr mübadiləsini, səhər saatlarında sürətli qida həzmini təşviq edir.
Mütəxəssis qeyd edib ki, əgər insan səhər yeməyi yemirsə, o, çəki artımı, qanda yüksək şəkər və şəkərli diabet problemləri, ürək xəstəlikləri, hətta xərçəng riskinə məruz qalır. Bu, bədənin gün ərzində qəbul edilməmiş kaloriləri kompensasiya etməyə çalışması ilə əlaqədardır ki, bu da insanı daha gec saatlarda yeməyə sövq edir.
Səhər yemək istəyinin olmamasından şikayət edənlərə Solomatina yatmazdan dörd saat əvvəl qida qəbul etməyi məsləhət görüb.