Dərc edilib: 19-10-2022

https://www.nuh.az/32410-.html

Məktəbdə şagirdə qarşı seksual zorakılıq edib videoya çəkdilər

19.10.2022 21:35:29

Kriminal

Samux rayonunda orta məktəblərdən birində azyaşlı oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib. 


“Qafqazinfo” xəbər verir ki, rayonun kəndlərindən birində yerləşən təhsil müəssisəsində 9-cu sinif şagirdi öz həmcinsi olan 6-cı sinif şagirdinə qarşı bu tipli hərəkətlər edib. Həmin vaxt yaşca böyük olan şagirdin sinif yoldaşları baş vermiş hadisəni telefonla videoya çəkiblər. Görüntülər yayıldıqdan sonra hadisə barədə rayonun hüquq-mühafizə orqanlarına müraciət edilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı Samux Rayon Polis Şöbəsinə məlumat daxil olub: “Məlumatla əlaqədar Polis Şöbəsində cinayət işi başlanıb, müvafiq ekspertiza təyin olunub, ekspertiza rəyindən sonra məsələyə hüquqi qiymət veriləcək”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib