Dərc edilib: 21-10-2022

https://www.nuh.az/32416-.html

Gecə yuxusu sinir xəstəliklərindən necə qoruyur?

21.10.2022 08:23:13

Hadisə

Yuxunun insan orqanizmi üçün əhəmiyyəti bəllidir. Uzun müddət qidasız yaşaya bilən insan çox az zaman yuxusuz qala bilir. 


Yuxunun az məlum, lakin çox önəmli təsiri - QLİMFATİK SİSTEMdir. (Glymphatic system).

Nədir qlimfatik sistem?

Musavat.com “medicina.az”a istinadla xəbər verir ki, iİnsan beyni - metabolik aktiv orqandır, burada fasiləsiz milyardlarla biokimyəvi reaksiyalar baş verir və xeyli miqdarda metabolit, yəni tullantı maddə əmələ gəlir.

Bu metabolitlərin hansı yolla xaric edilməsi uzun illər alimlərin mübahisə mövzusu olub. Belə ki, beyin toxumasında limfa damarları yoxdur, qan damarları isə hematoensefalik baryer hesabına bir çox maddələr üçün keçirici deyil.

Belə olan halda beyin necə təmizlənir?

Tədqiqatlarla məlum olub ki, qan damarları ətrafında qliya adlı hüceylərər yerləşir. Damar divarı ilə bu hüceyrənin divarı arasındakı məsafə onurğa beyin mayesi ilə dolub, paravaskulyar sahə əmələ gətirir.

Arterial paravaskulyar sahədən keçib beyin toxumasında işlənmiş maddələri toplayan beyin mayesi daha sonra venoz paravaskulyar sahəyə daxil olur və oradan beyin toxumasını tərk edərək beyin qabığında yerləşən limfa damarlarına axıb xaric edilir.

Beləliklə, ümumən orqanizmdə limfatik sistem ilə toksinlərin təmizlənmə prosesi beyində QLİMFATİK (qliya+limfa) sistem adı almış bu mexanizm vasitəsilə həyata keçirilir.

Bəs bu prosesin yuxu ilə nə əlaqəsi?

Məsələ burasındadır ki, Qlimfatik sistem gecə yuxusunda, məhz onun ləng fazasında aktivləşir. İki fotonlu elektron mikroskopiya ilə aparılan tədqiqatlar göstərmişdir ki, yuxu zamanı bu sistem 90% aktivləşir, paravaskulyar boşluq və hüceyrələr arasındakı sahə genişlənir ki, bu da onların arasında mayenin axınını asanlaşdırır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib