Dərc edilib: 21-10-2022

https://www.nuh.az/32424-.html

Bakıda komendant binanın 150 minlik isitmə sistemini ələ keçirib?

21.10.2022 17:08:24

LIVE

Bakı sakini yaşadığı binanın həyətində yerləşən, mənzillərin isidilmə-soyudulması üçün nəzərdə tutulan sistenin komendant tərəfindən ələ keçirilməsi ilə bağlı polisə şikayət edib. 


“Qafqazinfo” xəbər verir ki, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən çoxmərtəbəli binada yaşayan Vüsal Heydərov Musa adlı komendantın dəyəri 150 min manat olan “Çiller” markalı qurğunu mənimsədiyini iddia edib. O, komendantın məsuliyyətə cəlb edilməsini və isitmə-soyutma sisteminin qaytarılaraq quraşdırılmasını tələb edib.

Müraciətlə bağlı Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsində araşırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib