Dərc edilib: 22-10-2022

https://www.nuh.az/32428-.html

İran Azərbaycana nə verib ki ALA BİLMİR..-Amma Azərbaycanın İrandan istəyəcəyi ÇOX ŞEY VAR...

22.10.2022 11:04:37

Hadisə

İran Azərbaycana nə verib ki ALA BİLMİR... - Amma Azərbaycanın İrandan istəyəcəyi ÇOX ŞEY VAR...

 

Bu gün Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsinin işğaldan azad olunmasının ikinci ildönümüdür.


2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad olunub.

Bununla da, otuz ilə yaxın işğal altında olan Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb.

Müjdəli xəbəri Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev çatdırıb. Dövlət başçısı Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsinin təmin olunması münasibətlə hər iki ölkənin xalqını təbrik edib.

Ağbənd qəsəbəsini və Ağbənd sərhəd zastavasını işğaldan azad edən Azərbaycan hərbçiləri bu barədə Ali Baş Komandan İlham Əliyevə raport verib.

Həmin gün Ağbənd qəsəbəsilə yanaşı Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərinin, eləcə də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli və Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri düşməndən təmizlənib.

***

Həmin gün necə sevindiyimiz, necə sevincli olmağımız hər kəsin yadındadır... Unuda bilmərik. 30 ildən bəri, ümumiyyətlə SSRİ dağılandan, müstəqil olandan bəri ilk dəfə idi ki İranla sərhədlərimizə özümüz nəzarət etməyə başlamışdıq.

Bundan bütün dostlarımız sevindi.

Düşmənlərimiz isə buna kədərləndi.

***

Bu gün isə ayrı bir mənzərə yaranıb. Düşmənlərimiz sırasında görünməkdən məmnunluq duyan və artıq bunu gislətməyən İrandakı fars-molla rejimi üzərimizə açıq və aşkar addımları ilə gəlməkdədir.

Düşmən Ermənistanın mövqelərini gücləndirmə naminə və bunu gizlətmədən, hətta "Biz burda Ermənistanın maraqlarına görəyik" deyib elan edərək Azərbaycanın tarixi torpaqlarından olan Qafanda konsulluq açan İran əslində hansı səfdə dayandığını yekun şəkildə ifadə etdi.

Əslində biz İranın hansı yuvanın quşu, mollaların isə əslində İslam naminə deyil fars millətçiliyi naminə quşbalalıq etdiyini yaxşı bilirdik. Sadəcə, bu fakt bir daha kimlər üçünsə yenidən rəsmiləşmiş oldu.

***

İranın nədən belə etdiyi, nədən Azərbaycana yağı kəsildiyi aydındır. Çünki onlar yaxşı başa düşürlər ki, Xankəninin ardından əsas hədəfimiz Təbrizdir. Ümumiyyətlə, bizim Xankəndi adında ƏSAS HƏDƏFİMİZ OLMAYIB... Əvvəlindən elə ƏSAS HƏDƏFİMİZ TƏBRİZ İDİ...

Sadəcə iran kimilərinin sayəsində yolumuza kötük itələnmişdi kiŞ millətimizin elliklə gücü sayəsində bu müqəddəs yolumuz da hamarlanmaqdadır...

Bunu yaxşı başa düşən artıq Azərbaycanın nəyi necə istədiyinin tam fərqindədir. Ona görə də Azərbaycanla ənənəvi fars hiyləgərliyi dilində yox, Azərbaycanın öz dilində - KİŞİ KİMİ, AÇIQ DANIŞMAQ qərarını verib.

Düzdür, farsda kişilik axtarmaq artıqlıqdır... Amma bu dəfə onlar içlərini ört-basdır etmədilər. Açıq şəkildə Qafanda məıhz İran yox, Ermənistan maraqları naminə olduqlarını bəyan etdilər.

Biz də alqışladıq.

***

Prezidentimiz İlham Əliyevin oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən söylədiyi fikirlərdən iki sitatı xatırladıb, nöqtəni qoyuram.

SİTAT 1: "Azərbaycandan kənarda yaşayan azərbaycanlıların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir"

SİTAT 2: "Dövlətimizdən ayrı düşmüş azərbaycanlıların Azərbaycan dilini qoruyub saxlamaları üçün əlimizdən gələni edəcəyik"

***

BU QƏDƏR NET VƏ AYDIN...

Di salamat qalın... Təbrizdə görüşənə qədər

Məhəmməd ƏRSOY
DİA.AZ

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib