Dərc edilib: 22-10-2022

https://www.nuh.az/32429-.html

Zəngilan Hava Limanının ilk mülki sərnişinləri - Fotolar

22.10.2022 11:13:29

Reportaj

Zəngilan rayonunun Ağalı kəndində keçiriləcək “Zəfər yürüşü” triatlon turnirində iştirak edən idmançılar, Gənclər və İdman Nazirliyinin və Triatlon Federasiyasının əməkdaşları və media nümayəndələri yenicə istifadəyə verilmiş Zəngilan Beynəlxalq Hava Limanına eniş ediblər.

 
“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanından başlayan uçuş 45 dəqiqə çəkib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Triatlon Federasiyasının birgə təşkil etdiyi “Zəfər yürüşü” triatlon turniri torpaqların işğaldan azad edilməsindən sonra vətəndaşların məskunlaşdığı ilk yaşayış məntəqəsində ilk idman yarışı, ümumiyyətlə isə, azad edilmiş ərazilərdə (Şuşa və Suqovuşandan sonra) dördüncü turnirdir. Turnir çərçivəsində triatlon (300 metr üzmə, 10 kilometr velosiped sürmə və 2 kilometr qaçış), duatlon (10 kilometr velosiped sürmə, 2 kilometr qaçış) və uşaq qaçışı (1 kilometr) yarışları təşkil ediləcək. Yarışların üzgüçülük mərhələsi Həkəri çayında salınmış süni göldə, qaçış və velosiped mərhələləri isə Ağalı kəndi ərazisində keçiriləcək.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib