Dərc edilib: 22-10-2022

https://www.nuh.az/32432-.html

Rüşvətə görə işdən çıxarılan məktəb direktoru TƏZƏ vəzifədə çalışır

22.10.2022 14:04:50

LIVE

Müəllimlərdən rüşvət tələb etdiyi üçün vəzifəsindən azad edilən Sumqayıt şəhər 32 saylı orta məktəbin sabiq direktoru başqa vəzifədə çalışır.


“Trend”   xəbər verir ki, eks-direktor Esmira İbrahimova Sumqayıt şəhər üzrə təhsil şöbəsində metodist vəzifəsində işləyir.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən (AXRTİ) bildirilib ki, Esmira İbrahimova 08.05.2012-ci ildən Sumqayıt şəhər Təhsil Şöbəsində metodist vəzifəsində çalışır. Məktəb direktorluğu fəaliyyətində və işində yol verdiyi nöqsanlara və xətalara görə tutduğu vəzifədən azad edilib. Hazırda AXRTİ-də metodist vəzifəsində çalışmaqdadır.

Xatırladaq ki, bir müddət əvvəl Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru İbrahimova Esmira Famil qızı müəllimlər üçün yaratdığı vatsap qrupuna və ayrı-ayrı müəllimlərə səs ataraq hər müəllimdən 50 manat tələb etmişdi. Orta məktəbin təmiri bəhanəsi pul tələb edən direktor səs yazısında, həmçinin müəllimləri əməkhaqlarından pul tutulacağı ilə hədələmişdi. Səs yazısı yayılandan sonra məsələ ilə bağlı araşdırmalar aparılmış və direktor vəzifəsindən azad edilmişdi. Eyni zamanda faktla bağlı Baş Prokurorluqda da araşdırma başlanmışdı.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib