Dərc edilib: 22-10-2022

https://www.nuh.az/32433-.html

ABŞ-da təyyarə yaşayış binasına çırpıldı, bütün sərnişinlər öldü - Video

22.10.2022 20:46:57

LIVE

ABŞ-ın Nyu-Hempşir ştatının Kin şəhərində yüngül mühərrikli təyyarə yaşayış binasına çırpılıb. 


"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, nəticədə bütün sərnişinlər həlak olub.

Yerli hakimiyyət orqanları bildiriblər ki, hadisə hava limanı yaxınlığında baş verib və təyyarənin toqquşduğu evdə bir neçə ailə yaşayıb. Məlumatda təyyarənin bütün sərnişinlərinin həlak olduğu, ev sakinlərinin isə xəsarət almadığı qeyd edilir.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib