Dərc edilib: 22-10-2022

https://www.nuh.az/32435-.html

Bakıda dəhşətli qəza - Avtobus marketə girdi+ VİDEO

22.10.2022 22:10:52

Dünya

Bu gün axşam saatlarında BakuBus MMC-yə məxsus 30 saylı avtobus qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Nizami rayonunda baş verib. 

Hadisə yerinə Bakı şəhər İcra Hakimiyyətinin Tabeliyində olan Bakı Nəqliyyat Agentliyinin, ərazi üzrə Polis İdarəsinin və digər qurumların əməkdaşları gəlib.

 

***

Hadisə ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Tabeliyində olan Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 

Məlumatda qeyd olunub ki, bu gün axşam saatlarında Nizami rayonu C.Naxçivanski küçəsində Bakubus MMC-nin istismarında olan 30 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən “BMC” markalı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib:

"İlkin məlumata görə, avtobusun əyləc sistemində nasazlıq olduğundan nəqliyyat vasitəsi yaxınlıqdakı mağazanın divarına dəyib. Hadisə nəticəsində avtobusa və mağazaya ziyan dəysə də, heç bir xəsarət halı qeydə alınmayıb. Bakı Nəqliyyat Agentliyi hadisə ilə bağlı araşdırma aparır. BakuBus MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb. Bəzi KİV-də hadisə nəticəsində ölən və yaralananları olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil".

NUH informasiya agentliyi səhifəsindən çap edilib