Dərc edilib: 23-10-2022

https://www.nuh.az/32442-.html

Rusiyada hərbi təyyarə binanın üzərinə düşdü, pilotlar öldü - Video

23.10.2022 16:34:13

LIVE

Rusiyanın İrkutsk vilayətində “Su-30” qırıcısı ikimərtəbəli evin üzərinə düşüb. 


“Qafqazinfo” xəbər verir ki, bu barədə İrkutsk vilayətinin qubernatoru İqor Kobzev özünün teleqram kanalında yazıb.

“İlkin məlumatlara görə, İrkutskda “Su-30” kateqoriyalı təyyarə ikimərtəbəli evin üzərinə düşüb. Mən hadisə yerinə gedirəm, - o qeyd edib.

***

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə zamanı 2 pilot həlak olub.

Təyyarənin sınaq uçuşu zamanı qəzaya uğradığı bildirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib