Dərc edilib: 24-10-2022

https://www.nuh.az/32447-.html

Yazıçı Salman Rüşdinin bir gözü kor olub

24.10.2022 08:14:24

LIVE

Yazıçı Salman Rüşdi iki ay əvvəl hücuma məruz qaldıqdan sonra bir gözünün görmə qabiliyyətini itirib və bir qolundan istifadə edə bilmir.


Yazıçının nümayəndəsi Endryu Uayli Rüşdinin hələ də xəstəxanada olub-olmaması ilə bağlı açıqlama verməkdən imtina edərək, yalnız onun yaşayacağını bildirib.

“Yaraları dərin idi, bir gözü də görmə qabiliyyətini itirib. Boynunda da üç ciddi yara var idi. Sinir ucları kəsildiyi üçün bir qolu işləmir. Döş qəfəsində və gövdəsində daha 15-ə yaxın yara var”, - yazıçının nümayəndəsi qeyd edib.

Xatırladaq ki, avqustun 12-də yazıçı Nyu-York ştatındakı təhsil mərkəzində mühazirə oxumağa hazırlaşarkən S.Rüşdiyə bıçaqla hücum edilib. Polis hücum edənin şəxsiyyətini müəyyənləşdirib. O, Nyu Cersidə yaşayan 24 yaşlı Hadi Matar olub. Onun İslamın şiə təriqətinə və İran Silahlı Qüvvələrinin elit hissəsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun fəaliyyətinə rəğbət bəslədiyi də bildirilib. Bu, H.Matarın sosial şəbəkələrdəki hesablarının yoxlanılması zamanı müəyyən edilib.//Oxu.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib