Dərc edilib: 24-10-2022

https://www.nuh.az/32450-.html

Əli İnsanov Milli Məclisdə çıxış etdi

24.10.2022 14:44:59

LIVE

“Bu qanun layihəsində partiyanın sərbəst şəkildə fəaliyyət göstərməsi üçün çox önəmli müddəalar yer alıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair keçirilən dinləmələrdə çıxışı zamanı Haqq Ədalət Partiyasının sədri Əli İnsanov bildirib. 

Azərbaycanda bu gün 60-a yaxın siyasi partiya fəaliyyət göstərir. Bu, yaxşı göstərici deyil. 60 siyasi partiya, 60 siyasi platforma, 60 siyasi ideya deməkdir. Hər partiyanın öz həqiqəti var. Lakin həqiqət birdir. Yəni, Azərbaycanda aktiv siyasətlə məşğul olan şəxslər 60 yerə parçalanıb. Bu, siyasi plüralizm deyil. Elə bunun nəticəsidir ki, milli birliyə nail ola bilmirik. Cəmiyyətimizdə radikallıq, qaragüruhçuluq meyilləri var. Siyasi mədəniyyətdə, etikada ciddi qüsurlar. Daha dəhşətli isə ifrat millətçiliyə, dini fanatizmə meyilli insanlar var. Fanatizmdən hər zaman faşizm qoxusu gəlir. Deyilənlərin siyasi partiyalara sızmasının qəti şəkildə qarşısını almaq lazım gəlir. Buna görə də qəbul olunacaq qanun sərt olmalıdır. Qanun sərt olmasa, belə zərərli, təhlükəli meyillərin siyasi partiyalara sızmazının qarşısını almaq mümkün deyil ”, - deyə Əli İnsanov qeyd edib. 

Ə.İnsanov çıxışında Şekspirdən sitat da gətirib: “Şekspir deyirdi ki, dünya səhnədir, biz insanlar isə bu səhnədə oynayan aktyorlar. Mən çox istərdim ki, həm iqtidarda, həm də müxalifətdə olan bütün siyasətçilərimiz öz rollarını elə oynasınlar ki, bu, ancaq Azərbaycanın xeyrinə olsun”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib