Dərc edilib: 24-10-2022

https://www.nuh.az/32452-.html

“Siyasi sistemimizə müəyyən məhdudiyyətlər qoymalıyıq”

24.10.2022 17:32:31

LIVE

“Azərbaycan dövləti çoxpartiyalı sistemə keçid etdiyindən siyasi partiyalarla bağlı təkmilləşməyə ehtiyac var”.


“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair keçirilən dinləmələrdə çıxışı zamanı deputat, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə bildirib. 

O qeyd edib ki, siyasi arenada təmərküzləşməyə ehtiyac yaranıb: “Qərbdə bu proses tədricən gedib. Çünki son illər dünyada çoxsaylı dəyişikliklər baş verir. Hesab edirəm ki, bu hadisələr fonunda xaricdən olan təsirlərin qarşısını almaq üçün siyasi sistemimizə müəyyən məhdudiyyətlər qoymalıyıq. Ənənəvi partiyalar, ənənəvi sistemlər artıq rəqəmsal dünyada öz gücünü itirib. İtaliyada seçkiləri misal kimi gətirə bilərəm. 1 il əvvəl yaranan partiya seçkilərdə qalib gəlib hökuməti formalaşdırır. Artıq ənənəvi partiyalara inam itib”.

O vurğulayıb ki, xaricdən maliyyələşən siyasi korrupsiya çox ciddi amildir: “Biz bunu Fransanın parlamentinin fəaliyyətində, ABŞ Konqresində görürük. Bunlar müşahidə edilərək aşkar olunmalıdır. Yaxud da hazırda müzakirə etdiyimiz qanunda, qanunvericilikdə bununla bağlı məhdudiyyətlər olmalıdır”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib