Dərc edilib: 25-10-2022

https://www.nuh.az/32455-.html

Ağdamın icra başçısı 12 bayraq almağa 13144 manat pul verdi...ŞOK

25.10.2022 07:42:34

LIVE

Ağdam Rayon İcra Hakimiyyəti tender qaydalarını pozub. 


“Qafqazinfo”nun məlumatına görə, Ağdam RİH rayon ərazisində ikinci mərhələ abadlaşdırma (yaşıllaşdırma) xidmətlərinin görülməsi işləri ilə bağlı tendərə yekun vurub.

Tenderin qalibi “Caspian Sun” MMC olub. Tərəflər arasında 7798 manatlıq sözləşmə imzalanıb.

Məsələ burasındadır ki, müsabiqənin qalibinin 1079.64 manat vergi borcu var. Bu isə qanun pozuntusu deməkdir. İş burasındadır ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.

Ağdamın icra başçısı Vaqif Həsənovdur. “Caspian Sun” MMC isə dövlət qeydiyyatında 2018-ci ildə alınıb. Açıq mənbələrdə barəsində heç bir məlumat tapılmayan şirkətin qanuni təmsilçisi Məmmədov Taleh Rafiq oğludur. Şirkət hüquqi ünvanı isə Vaqif Həsənovun vaxtı ilə icra başçısının müavini işlədiyi Xəzər rayonu ərazisindədir.

Bundan başqa, Ağdam Rayon İcra Hakimiyyətinin 2022-ci ildə elan etdiyi və artıq başa çatan daha üç tender diqqət çəkir.

Bunların hər üçü Ağdam Bayraq meydanı üçün dövlət bayrağının alınması ilə bağlıdır.

Məsələ burasındadır ki, Ağdam RİH sentyabrın 12-də Şərifov Fərid Hacı oğlu ilə 8x16 ölçüdə 6 ədəd Azərbaycan Respublikasının Dövlət Bayrağının alınmasıyla bağlı sözləşmə imzalayıb. Müqavilənin şərtlərinə əsasən, RİH qarşı tərəfə 4194 manat ödəyib.

İş burasındadır ki, Ağdam RİH bir ay sonra, yəni ötən gün yenidən Bayraq meydanı üçün eyni ölçüdə, eyni sayda bayraq alıb. Bu dəfə isə “Qarabağ Təmir-Tikinti” MMC-yə keçən aydan fərqli olaraq, ikiqat, yəni 8850 AZN ödənilib. Sözügedən şirkət ötən ildən başlayaraq, Ağdam RİH-in 8 tenderinin qalibi olub.

Bayraq tenderi isə sonuncu deyil. Belə ki, 4 ay əvvəl də “Azbayraq” MMC-dən Bayraq meydanı üçün 4 ədəd eyni ölçdə bayraq alınıb. İyun ayında edilən ödəniş isə 3280 manat təşkil edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib