Dərc edilib: 25-10-2022

https://www.nuh.az/32458-.html

İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi - Yenilənib

25.10.2022 15:24:52

Hadisə

Bu gün AMEA-da prezident seçkiləri keçiriləcək.


"Qafqazinfo" xəbər verir ki, seçkidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin əsas namizəd olacağı gözlənilir.

Qeyd edək ki, qurumun sonuncu prezidenti Ramiz Mehdiyevin istefasından sonra AMEA-nın strukturunda dəyişiklik edilib.Yeni strukturda 22 elmi müəssisə fəaliyyət göstərəcək. Akademiyanın işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib.

Xatırladaq ki, R.Mehdiyev bu ilin fevralında istefa verib. 

***

10:53

Seçkinin qapalı keçiriləcəyi gözlənilir.

***

12:02

Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi təsdiqlənib.

***

12:34

Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib.

Qeyd edək ki, 73 yaşlı İsa Həbibəyli buna qədər AMEA-nın vitse-prezidenti olub. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib