Dərc edilib: 26-10-2022

https://www.nuh.az/32472-.html

Ramin Hacılıya hökm oxundu

26.10.2022 17:11:13

LIVE

Dələduzluqda təqsirləndirilən ictimai fəal Ramin Hacılının məhkəməsi yekunlaşıb.

"Qafqazinfo" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R.Hacılı 7 il 7 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Hacılı 2018-ci ildə sərhədi qanunsuz keçərək Gürcüstana getmək istəyərkən həbs edilmiş, 2019-cu ildə azadlığa buraxılmışdı. O, 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək yenidən həbs edilib. 

İttihama görə, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün bir sıra vətəndaşlara viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün rəsmi sənədləri saxtalaşdırıb satıblar, həmin şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib