Dərc edilib: 27-10-2022

https://www.nuh.az/32478-.html

D vitamini AZALANDA, ölüm riski ARTIR

27.10.2022 08:21:02

LIVE

Cənubi Avstraliya Universitetindən bir qrup alim orqanizmdə D vitamini səviyyəsi ilə ölüm arasında əlaqə tapıb. 


Tədqiqat zamanı onlar 14 il ərzində 37-73 yaş arası 300 mindən çox insanın məlumatlarını təhlil ediblər. Müəlliflər subyektlərin orqanizmindəki D vitamini səviyyələrini, eləcə də digər genetik məlumatları nəzərdən keçiriblər. Bundan əlavə, bütün səbəblərdən ölümlə bağlı məlumatlar qeydə alınıb və öyrənilib.

Məlum olub ki, D vitamini konsentrasiyasının artması ilə ölüm riski əhəmiyyətli dərəcədə azalıb. Ən açıq əlaqə ciddi D vitamini çatışmazlığı olan insanlarda müşahidə olunub. Onların ölüm ehtimalı 25 faiz artıb.//Oxu.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib