Dərc edilib: 27-10-2022

https://www.nuh.az/32481-.html

Tərkibində təhlükəli maddə olan qənd və şəkər tozu aşkarlanıb

27.10.2022 16:40:18

LIVE

“Bizim apardığımız ekspertizalar nəticəsində 12 istehsalçıya məxsus şəkər tozu və qənd məhsullarında kükürd dioksid adlanan toksik maddə aşkarlanıb. İstehsalçılar həmin maddədən qəndin rənginin ağardılması üçün istifadə ediblər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, sözügedən məhsul bilavasitə insan sağlamlığı üçün təhlükəlidir: “1097 kq o cür məhsul geri çağırılıb. 547 kq məhsul məhv edilib. Anbarlarda olan 5309 kq məhsulun da yenidən emalı təmin edilib”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib