Dərc edilib: 28-10-2022

https://www.nuh.az/32493-.html

Arvadı boşanmaq istəyən KİŞİ özünü asdı....

28.10.2022 13:19:26

LIVE

Lerik Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı iş yerində intihar edib. 


“Qafqazinfo” xəbər verir ki, xəstəxananın təsərrüfat şöbəsində anbardar vəzifəsində çalışan 1990-cı il təvəllüdlü Orucəli Hacı oğlu Baxışov xidməti otağında özünü asıb.

Bildirilir ki, 32 yaşlı O.Baxışov 2 azyaşlı uşaq atası olub. İlkin ehtimala görə, intihara səbəb anbardarın ailəsindəki problemlərdir. Belə ki, onun həyat yoldaşı bir müddət əvvəl boşanmaq iddiası ilə məhkəməyə müraciət edib, məhkəmə onun ərizəsinə yaxın günlərdə baxacaqmış.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib