Dərc edilib: 28-10-2022

https://www.nuh.az/32497-.html

Bədənində 1100 ARI daşıyan şəxs saxlanılıb

28.10.2022 21:35:22

LIVE

Sarpi keçid məntəqəsində (Gürcüstan-Türkiyə sərhədi) bədənində 1100 arı daşıyan şəxs saxlanılıb. 


“Report” xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Həmin şəxs rentgen skanerindən və metal detektorundan keçən zaman türkiyəli sərhədçilər şübhələniblər. Məlum olub ki, onun bədənində arıların olduğu kiçik qutular var. Kiçik qutular kəmərinin üzərinə birləşdirilmişdi.

Həmin şəxs sərhədi keçərkən Türkiyə gömrüyü tərəfindən saxlanılıb. O, Gürcüstandan Türkiyəyə gedirmiş.

Həmçinin avtomobildə yanacaq çənində konteynerdə gizlədilən 100 kiloqramdan çox şabalıd balı aşkar edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib