Dərc edilib: 29-10-2022

https://www.nuh.az/32503-.html

Dənizdə boğulan EŞŞƏYİ üçün ağlayır

29.10.2022 11:21:45

Maraqlı

Antalyada sahibi ilə birlikdə dənizə girən eşşək boğularaq ölüb.

Musavat.com xəbər verir ki, sözügedən hadisə Alanyanin "Kleopatra" çimərliyində baş verib.

Eşşəyə süni tənəffüs verən Mehmetin (sahibi) bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Ətrafdakı turistlər üstü örtülü olan eşşəyini qucaqlayaraq ağlayan kişiyə təsəlli veriblər. Göz yaşlarına hakim ola bilməyən Mehmeti ətrafdakı turistlər sakitləşdirməyə çalışıb.

Daha sonra Alanya Bələdiyyəsi Təmizlik İşləri Müdirliyi qrupları tərəfindən tələf olan eşşək basdırılmaq üçün ərazidən aparılıb.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib