Dərc edilib: 29-10-2022

https://www.nuh.az/32507-.html

Ukrayna Rusiyanın itkilərini açıqladı: 70 MİN 250 əsgər, 1 gündə 550...

29.10.2022 17:41:17

LIVE

“Rusiyanın indiyə kimi 70250, son gündə isə 550 əsgəri ölüb”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Baş Qərargahı məlumat yayıb.  

 

Verilən açıqlamada müharibənin əvvəlindən indiyə kimi Rusiya ordusuna məxsus 273 təyyarə, 252 helikopter, 2 min 659 tank, 5 min 401 zirehli texnika, 1708 top, 380 reaktiv yaylım atəşi sistemi və 195 hava hücumundan müdafiə sisteminin Ukrayna tərəfindən məhv edildiyi qeyd edilib. 

Bundan əlavə, Rusiya ordusuna aid 4107 avtomobil, 16 gəmi, yüngül sürətli qayıq və 1406 pilotsuz uçuş aparatının da vurulduğu iddia edilib.  

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu sentyabrın 21-də Ukraynadakı müharibədə 5937 rus əsgərinin həyatını itirdiyini açıqlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib