Dərc edilib: 30-10-2022

https://www.nuh.az/32512-.html

Türküstan və Bakı...Diqqətlə OXUYUN Çox maraqlıdır

30.10.2022 12:53:49

Dünya

Xalid  Kazımlı  yazır. 

Hansısa ölkənin paytaxtında və ya iri şəhərində səfərdə olanda adam istər-istəməz öz yaşadığı şəhərlə həmin yaşayış məskənini müqayisə edir: onlar nə necədir, bizdə necədir, onlar nəyi bizdən yaxşı edirlər, biz onlardan nədə üstünük və sair və ilaxır. 

Ən çox müqayisə olunan məqamlardan biri, əlbəttə ki. yollardakı tıxaclardır. İlk dəfə şəhərin küçəsinə maşınla çıxanda istər-istəməz maraqlanırsan, burada tıxac olur, yoxsa yox.

Qazaxıstanın sürətlə inkişaf etməkdə olan, türk dövlətlərinin paytaxtı elan edilmiş şəhəri Türküstanda tıxac-filan yox idi - nə adi vaxtlarda, nə də camaatın işdən çıxdığı pik saatlarda. Bunun əsas səbəbi odur ki, Bakının təkcə Yasamal rayonunda olan avtomobillərin sayı Türküstanda olanlardan çoxdur. İkincisi də ona görə ki, Türküstanda “köhnə şəhəri”, məsələn, Yasamaldakı kimi söküb-dağıdıb yerində iç-içə, ağız-ağıza, göz-gözə çoxlu göydələn tikib, on minlərlə adamı (onların çoxunun da avtomobili var) ərazicə kiçik yerə doldurmayıblar.

804f17ee-8926-4130-8f3d-9af52a3a3e5f.jpg (161 KB)

Qazaxıstanın hazırda o qədər də bəyənilməyən eks-prezidenti Nursultan Nazarbayevin birbaşa göstərişi ilə Türküstanı planlı şəkildə, şəhərsalma qaydalarına riayət edərək böyüdüblər, “köhnə şəhəri” olduğu kimi saxlayıb, onun kənarlarında yeni mikraroyonlar salıblar. Bu mikrorayonlarda yaşayış binaları bir-birindən aralıdır, küçələri genişdir, yolları dörd və altı zolaqlıdır, hətta səkilərdə velosiped üçün qırmızı cığırlar da nəzərdə tutulub.

83c70b0a-7b15-49f5-8b0b-0b9ed3d7d3f2.jpg (193 KB)

Bundan başqa, yollar boyunca sıralanan çoxmərtəbəi binalar və fərdi yaşayış evləri ilə yolların arasındametrlik meşə zolaqları üçün yerlər nəzərdə tutulub, tinglər basdırılıb, bir neçə ildən sonra əməlli-başlı yaşıllıq olacaq.

7cb3bf30-9349-4d7d-b264-66e31e55f2bc.jpg (136 KB) 40-5- 

Ona görə də güman etməyə əsas var ki, Türküstanın əhalisi yaxın illərdə milyona çatsa da, bu şəhərin yollarında tıxac olmayacaq.

Düzdür, Bakının dörd tərəfə böyümək imkanı yoxdur, bir tərəfi dənizdir, bir tərəfi Biləcəri uçurumudur, bir tərəfi Xocəsən dərəsidir. O biri tərəfə isə nə qədər genişlənə bilərsə, Bakı genişlənib və artıq binaları, yuxarıda dediyim kimi, iç-içə tikirlər. Bu gün-sabah çoxmərtəbəli binaların arasındakı küçələr İçərişəhərin dar dalanları kimi olacaq.

d60d2b78-db34-4124-94ef-db570c5d4d42.jpg (164 KB)

Türküstanda olarkən diqqətimizi çəkən məqamlardan biri də turizm sektoruna münasibət oldu. Yenə də Nazarbayevin rəhbərliyi ilə şəhəri Asiyanın turizm mərkəzinə çevrimək üçün xeyli işlər görülüb. Türküstanın mərkəzində, möhtəşəm Xoca Əhməd Yasəvi mavzoleyinin ətrafında böyük bir sahədə turistlər üçün əlverişli olan hər cür şərait yaradılıb: köhnə tarixi-memarlıq abidələri restavrasiya edilib, qədim memearlıq nümunələrinə uyğun şəkildə yeni iaşə, ticarət, xidmət obyektləri tikilib, şəhərin bu hissəsi nəqliyyata qapadılıb, yeni şəhərdə lüks otellər, əyləncə mərkəzləri inşa edilib, bir sözlə, bu işə milyardlar xərclənib. İndi türküstanlılar həmin xərclərin meyvəsini dəlirlər. Rəsmilərin dediyinə görə, hər gün Türküstana 5 min turist gəlir. Bu, ayda 150 min, ildə 1milyon 800 min turist deməkdir. Bu qədər turistin xərclədiyi pullar bir Asiya şəhərinin büdcəsinin nəyinə bəs deyil?

94d6331f-f65a-441c-aefa-8cbc3b06856a.jpg (75 KB)

 Ən ümdəsi odur ki, Türküstanda tərifli və ləzzətli “Daşkənd çayı” (bəzən də “ballı çay”) deyilən çayın bir çaynikini turistlərə dəsgah şəklində, 15-20, 30 manata sırımırlar. Türküstanda o cür çayın qiyməti 2 dollar civarındadır və böyründə nəinki mürəbbə, şokolad, konfet, heç qənd də vermirlər, çünki bal qatıldığı üçün şirin olur.

665.JPG (55 KB)

Bir sözlə, hələlik səfər təəssüratlarına aid bunları yazıram. Yeri gəldikcə başqa şeyləri də yazacam. Öz üstün məziyyətimiz kimi yalnız bir şeyi qeyd edə bilərəm: bizim otellərin Türküstan otellərindən bir şeyi yaxşı yaxşıdır, amma onu da açıq yazmaq olmur, ayıb olar, üstüörtülü deyə bilərəm ki, işin altında “tapança” var.

NUH informasiya agentliyi səhifəsindən çap edilib