Dərc edilib: 30-10-2022

https://www.nuh.az/32513-.html

Putin müharibədən sağ çıxmayacaq - ŞOK AÇIQLAMA

30.10.2022 13:31:11

LIVE

"Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibəni uduzsa, çox güman ki, vəzifəsində qala bilməyəcək".

Musavat.com New York Post-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

"O, çətin ki sağ qalsın. Rusiya müharibəni uduzsa, Putinin devrilməsi ehtimalı var" - deyən Budanov “sağ qalmaq” dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb.

"Hazırda Rusiyada onun yerinə kimin gələcəyi ilə bağlı fəal müzakirələr gedir" deyən Kəşfiyyat İdarəsinin rəisi daha dəqiq məlumat verməyib. 


WhatsApp Image 2022-10-30 at 12.26.29.jpeg (146 KB)

Budanov, həmçinin bildirib ki, Ukrayna qüvvələri noyabrın sonunda Xerson şəhərini və Rusiyanın ilhaq etdiyi digər əraziləri geri almağa hazırlaşır:

"Fevralda münaqişənin başlamasından bir neçə gün sonra Rusiya tərəfindən ilhaq edilən Krım yarımadasının qapısı kimi xidmət edən Xerson hazırda Rusiyanın 40 min elit qüvvələrinin nəzarətindədir. Güclü təlim keçmiş və ən bacarıqlı rus bölmələri hazırda Xersondadır. Onların böyük bir hissəsi Rusiya Federasiyasının hava-desant qoşunları, Rusiya xüsusi əməliyyat qüvvələri və dəniz piyadaları, yəni Rusiyanın ən bacarıqlı bölmələridir. Həmin bölmələr qruplaşmanın onurğa sütununu təşkil edir və səfərbər edilmiş şəxsi heyətlə gücləndirilir”.

Budanov həmçinin Rusiyanın Ukraynanın radioaktiv tullantılardan çirkli bomba hazırlaması ilə bağlı iddialarını təkzib edib: "Daha əvvəl dediyim kimi, terror dövləti olan Rusiya Federasiyasından fərqli olaraq, Ukrayna heç vaxt belə qurğular istehsal etməyib, heç vaxt planlaşdırmayıb və planlaşdırmır”.

Nigar Cəfərli,

NUH informasiya agentliyi səhifəsindən çap edilib