Dərc edilib: 30-10-2022

https://www.nuh.az/32516-.html

Xankəndidə nə baş verir? – Ermənilər meydana axışıb…

30.10.2022 20:59:38

Region

Bu gün Rusiya sülhməramlılarının nəzarəti altında olan Xankəndi şəhərində “Artsax milli assambleyası” adlı qondarma qurumun iclası keçirilib.
 

Turantv.az Ermənistan mətbuatına istinadən bildirir ki, “milli assambleya”nın iclasından sonra “deputatların” hamısı Xankəndi şəhərinin mərkəzi meydanında keçirilən mitinqdə iştirak ediblər və bəyan ediblər ki, son bir neçə ayda baş verən hadisələr, müxtəlif güc mərkəzlərinin və beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeləri onlarda ciddi narahatlıq doğurub.
“Milli assambleya” adından səslənən bəyantada aşağıdakılar qeyd olunub:
“Artsax” heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb və olmayacaq. Bu ideya Azərbaycan-Qarabağ münaqişəsinin həllinin əsasını təşkil etməlidir. Ermənistan Respublikasının heç bir orqanının Artsax xalqının təhlükəsizliyini təmin etmək missiyasından imtina etmək və ya suveren Artsax Respublikasının mövcudluğuna şübhə doğuran hər hansı sənədi məqbul hesab etmək hüququ yoxdur. Biz Ermənistan Respublikasının hakimiyyətindən mövcud fundamental sənədlərə, xüsusən Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsinə və Ali Məhkəmənin tarixi qərarına əsaslanaraq, beynəlxalq platformalarda iki Ermənistan respublikasının ümumi maraqlarını müdafiə etməyi tələb edirik. Bölgəmizdə sülhün və sabitliyin təmin edilməsində Rusiyanın tarixi rolunu nəzərə alaraq, Rusiya Prezidenti V. Putinin birbaşa və fəal iştirakı ilə biz Rusiya Federasiyasına Artsax xalqının təhlükəsizliyini təmin etmək öhdəliyini davam etdirməyə çağırırıq”.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib