Dərc edilib: 31-10-2022

https://www.nuh.az/32521-.html

Pənah Hüseyn OD püskürdü: "Bizə bu cür sülh müqaviləsi lazım deyil"

31.10.2022 07:33:44

Maraqlı

"Hazırda Qarabağda olan terrorçu ermənilərə qarşı anti-terror əməliyyatları keçirilməlidir. Ermənistan tərəfindən silahlı təcavüz aktı olacaqsa, oraya gətirib PUA yığacaqlarsa, bilirsiniz ki, Hindistandan və İrandan alınması nəzərdə tutulan silahların hamısı hücum silahlarıdır, bunları gətirib Qarabağa yığacaqlarsa vəziyyət ciddi olaraq qalacaq." 


Musavat.com xəbər verir ki, bu sözləri "Tv Müsavat"ın efirində, Sevinc Telmanqızının aparıcılığı ilə yayımlanan "Canlı Debat" verilişində AXP sədri Pənah Hüseyn deyib. 

O qeyd edib ki, bizə heç də hər cür sülh müqaviləsi lazım deyil: "Təslimçi sülh müqaviləsi bizə lazım deyil. Azərbaycan torpaqlarının suverenliyinin hesabına olan sülh müqaviləsi bizə heç lazım deyil. Bir diqqətçəkən məqam isə ondan ibarətdir ki, Ermənistanın almaq istədiyi silahlar heç də müdafiə xarakterli silahlar deyil. Bu silahlar hücum xarakterli silahlardır. Bu silahların harada olmağından asılı olmayayaraq, müharibə dövründə hamısı qanuni hədəflərimizdir."

Daha ətraflı verilişdən təqdim etdiyimiz hissədə: 

NUH informasiya agentliyi səhifəsindən çap edilib