Dərc edilib: 31-10-2022

https://www.nuh.az/32526-.html

“Toyun səhəri günü eşq bitir” - Cavanşir Quliyev

31.10.2022 15:59:01

LIVE

“Toyun səhəri günü eşq bitir. Həyat başlayır... Qızın dərrakəsi varsa, anlayır ki, həyat bulvarda gəzmək deyil. Həyatın başqa tərəfləri var”. 


 Bu sözləri Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev “Açıq söhbət” proqramında deyib.

“Mənə deyirdilər ki, tək yaşayırsan, məhəbbət mahnılarını necə yazırsan? Eşq vəziyyətini içimdə yaradıram. Mən də eşq yaşamaq istəyirdim, amma olmadı. Olmayanda olmur”, - deyə C. Quliyev əlavə edib.

“Qadın xəyanəti bilsə, bağışlamalıdırmı” sualına C.Quliyev belə cavab verib: “Bağışlamamalıdır. Xəyanət kişilərin qüsurudur. İnsanda çox qüsur var. Ehtirasımız daha güclü çıxır. Ehtiras düşüncəni üstələyir. Qadın çox şey istəmir, yanlış kişilərdədir. Özlərinin evdə rəis olduğunu sübut etməyə çalışırlar. Amma bəzi halda qərarı qadın verməlidir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib