Dərc edilib: 02-11-2022

https://www.nuh.az/32542-.html

DTX əməliyyat keçirəndə nazir işdə olmayıb - Bəs harada olub..?

02.11.2022 13:09:25

LIVE

Dünən Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.   


NUH.az   “Unikal”a istinadən xəbər verir ki, həmin vaxt nazir Anar Kərimov iş yerində olmayıb. Lakin A.Kərimov DTX-nin əməkdaşlarının nazirlikdə olduğunu biləndə işə gəlmək istəsə də, sonra fikrindən daşınıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlamasında nazir Anar Kərimovun dünən işdə olmadığını təsdiqləyib. O bildirib ki, nazir hazırda iş başındadır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib