Dərc edilib: 02-11-2022

https://www.nuh.az/32544-.html

Nazarbayevin ölkədən çıxardığı milyonlar ölkəyə qaytarılır...

02.11.2022 13:59:55

LIVE

Qazaxıstan rəhbərliyi respublikanın keçmiş Prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulının ölkədən qanunsuz olaraq çıxardığı 300 milyon dolları tezliklə ölkə büdcəsinə qaytaracaq.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Korrupsiya ilə Mübarizə Xidməti yayıb.

Məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 230 milyon dollardan çox dəyərə malik qiymətli daşlar və zinət əşyaları aşkar edilərək geri qaytarılıb.

Bununla yanaşı, Satıbaldıulını tərəfindən xarici qiymətli kağızlara 300 milyon dollar yatırım edilməsi faktı qeydə alınıb. Bu məbləğin yaxın zamanlarda dövlət büdcəsinə qaytarılacağı qeyd olunur.

Xatırladaq ki, Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin əməkdaşları cari ilin martın 13-ü Kayrat Satıbaldıulını vəzifə səlahiyyətlərindən sui-istifadə və “Kazaktelekom” SC-nin xüsusilə külli miqdarda vəsaitlərinin mənimsənilməsində şübhəli bilərək saxlayıb. O, daha sonradan 2 ay müddətinə həbs olunub.

Qeyd edək ki, Kayrat Satıbaldıulı 1970-ci ildə anadan olub. Bu illər ərzində o, Milli Təhlükəsizlik Komitəsində, hakim Nur Otan partiyasında (indiki “Əmanət” partiyası) vəzifələrdə çalışıb, bizneslə məşğul olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib