Dərc edilib: 03-11-2022

https://www.nuh.az/32557-.html

İsraildə səfirliyimiz niyə açılmır? - Politoloq səbəbləri açıqladı

03.11.2022 22:45:20

Dünya

Azərbaycan hələ də İsraildə səfirlik açmayıb. 44 günlük müharibədə qələbədən sonra bu istiqamətdə irəliləyişin olacağı bildirilirdi. Lakin proses nədənsə yubanır. 
Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib ki, İsraildə  Azərbaycan səfirliyinin açılmasının yubanması Xarici İşlər Nazirliyinin yarıtmaz fəaliyyətilə bağlıdır: "İsraildə Azərbaycan səfirliyi çoxdan açılmalı idi, 10 il bundan qabaq. Artıq bu barədə Azərbaycan tərəfinin qərarı da mövcuddur. Prosesin gedikdirilməsi üçün elə bir ciddi əsas görmürəm. İsrail daim Azərbaycanın yanında olub. Heç zaman Azərbaycan əleyhinə hər hansı bir fəaliyyətlə məşğul olmayıb. Hətta İsrailin Türkiyə ilə münasibətində müəyyən gərginlik olanda belə, Təl-Əviv Azərbaycanın istər siyasi, istərsə də digər maraqlarının əleyhinə çıxmayıb. Azərbaycanda da İsrailə böyük hörmət, sevgi var. Qarabağ müharibəsində də İsrail yanımızda olub. Məsələnin həlli yolunda Azərbaycan dövləti səviyyəsində bir problem görmürəm. Təşəbbüslə qaldırılsaydı, çoxdan həll olunardı. Lakin indi də gec deyil. Azərbaycanın iqtisadi və siyasi durumu yaxşıdır. İranın qeyri-adekvat addımlarına adekvat cavab vermək üçün səfirlik təcili açılmalıdır”.  

NUH informasiya agentliyi səhifəsindən çap edilib