Dərc edilib: 04-11-2022

https://www.nuh.az/32558-.html

Azərbaycan rusları danışdılar... - VİDEO

04.11.2022 07:45:09

LIVE

Rus Borisi kəndi ölkəmizdə rusların kompakt yaşadığı ərazilərdən biridir. Kənd Goranboy rayonunda yerləşir və dəniz səviyyəsindən təxminən 1300-metr yüksəklikdədir. Molokan ruslarının bu ərazilərə köçürülməsi özü bir tarixdir. Bu insanların torpaqlarımıza gəlişi ilə bağlı bəzi tarixi mənbələrdə mənbələrdə 1842 və ya 1893-cü illər göstərilir.

Kəndin içərisində bir-birinə bənzəyən qədim rus evləri diqqət çəkir. Molokan rusları öz adətlərini qoruyub saxlayıb. 74-yaşlı Anna Kazançova Rus Borisi kəndində dünyaya gəlib. Onun atası, anası da bu kənddə doğlub. Müsahibimiz ibadət evini göstərir. Həftənin stirahət günləri bu otaqda ibadət edirlər. Rus Borisinə Gəncə və ətraf bölgələrdən, hətta Bakdan da molokan rusları gəlir. Bu insanların ən ağır durumu Birinci Qarabağ müharibəsində olub. Müharibənin ilk illərində kənd erməni işğalçılarının nəzarətində olub. Anna Kazançova ermənilərin onlara qarşı törətdiyi vəhşiliyi xatırlayır.

“Birinci Qarabağ müharibəsinin ilk illərində ermənilər bu kəndi nəzarətə götürdülər. Mənim bacım qızının həyat yoldaşı ermənilər tərəfindən öldürüldü. Daha sonra yaşlı bir kişi var idi qonşumuz onu qətlə yetirdilər. Yadımdadır. Qış ayları idi. Ermənilər bizi sıra düzür, şiddət göstərir,ələ salır olmazın işgəncələr verirdilər. Amma çox davam etdmədi. Azərbaycan ordusu kəndi işğaldan azad etdi.”

Birinci Qarabağ savaşında Kəlbəcər və Laçın rayonundan qaçqın düşən vətəndaşlarımızın bir hissəsi də Rus Borisinə yerləşib. Zamanla azərbaycanlılarla ruslar necə deyərlər bir yerdə yaşayıb, qonşuluq əlaqələri qurulub. Artiq illərdir bu münasibət qorunub saxlanılır.

“Biz sanki bir ailəyik. Bir yerdə işləyir, birlikdə məhsul götürürük. Əl-ələ verib yaşayırıq. Azərbaycanlılar bizə, biz də azərbaycanlılara hörmət edirik. ”

Rus Borisində kolxoz sistemi hələ də var. Düzdür indi kolxozda işləyənlərin sayı azdır. Molokan rusları əsasən bostan məhsulları və dənli bitkilər əkir. Ksenya Çurbakova bizə öz sahəsini göstərir. Bu il kələm, yer kökü və digər bostan bitkiləri əkib. Əldə etdiyi məhsulları isə daha çox Gəncə şəhərində satır. Bir sözlə birgə yaşayış, gündəlik həyat davam edir. Rus Borisi və digər etnik millətlərin yaşadığı kəndləri tollernatlıq nümunəsi kimi də göstərə bilərik. Qısası Azərbaycan onu sevən hər kəs üçün Vətəndir.

İlham Məmmədov
Musavat.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib