Dərc edilib: 04-11-2022

https://www.nuh.az/32559-.html

Toxum adı ilə Azərbaycana gətirilən məhsullar xəstəlik mənbəyidir

04.11.2022 07:53:34

LIVE

"Bu gün Azərbaycanda toxum üçün təklif olunan kartofun 1 kiloqramının qiyməti ən azı iki manat və ondan da baha satılmalıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, bu gün toxum adı altında Azərbaycanda 1 manat 30 qəpiyə təklif olunan kartof çox ucuzdur və eyni zamanda onun toxum olması inandırıcı deyil:
 
"Bu gün Rusiyadan gətirilən kartoflar Azərbaycanda toxum kimi istifadə olunur. Əgər Azərbaycana keyfiyyətli toxum üçün kartof gətirilərsə, məhsuldarlıq indikindən 3 dəfə çox artar. Bu gün məhsuldarlıq hardasa 20 tona yaxındır. Belə olan halda kartofu daha ucuz qiymətə təklif edərlər. Belə kartofları toxum kimi istifadə edəndə onun məhsuldarlığı, keyfiyyəti aşağı olur və baha başa gəlir”. 
Vahid Məhərrəmov deyir ki, Azərbaycanda xüsusi olaraq toxum kartof növü yetişdirilməlidir:
 
"Rusiyanın özü toxumluq kartof alır. Hansı regionda toxum istehsal edirlər, onlar toxumu çox baha qiymətə təklif edirlər. Ən dəhşətlisi odur ki, Rusiyadan gələn kartoflarla yanaşı onun xəstəlikləri, zərərvericilərin toxumları da gətirilir və bu Azərbaycanda geniş yayılır. Azərbaycanda 20 il əvvəl kartof güvəsi yox idi”.  

NUH informasiya agentliyi səhifəsindən çap edilib