Dərc edilib: 04-11-2022

https://www.nuh.az/32561-.html

Soçidə Qaragöl və Qızılcıqla bağlı nə razılaşdırılıb?

04.11.2022 08:55:36

LIVE

AzadlıqRadiosunun erməni xidmətinin iddiasına Bakıdan reaksiyalar

AzadlıqRadiosunun erməni xidməti Soçi bəyanatı haqda təhlilində yazıb ki, Azərbaycan Ermənistanın 1991-ci ilə aid olan dövlət sərhədlərini tanıyıb. “Şərq sərhədinin Sev Liçdən (Qaragöl gölü) keçən hissəsi və ya İşxanasarın (Qızılcıq-red.) hansı hissəsinin Azərbaycanın olduğu və sair bu kimi məsələlər bu razılaşma ilə tənzimlənib. Bu, çox mühüm bənd idi”, - deyə bildirilir.

Ermənistan deyir ki, sovet xəritələrinə görə, Qaragölün yalnız 30 faizi Azərbaycan ərazisinə aid olmalıdır. Sovet İttifaqı Silahlı Qüvvələri Baş Qərargahının 1942-ci ilə aid koordinatları olan və 1973-cü il tarixli xəritəsinə görə Qaragöl gölünün böyük bir hissəsi Ermənistan ərazisinə düşür. Azərbaycan mənbələrində Qaragölün Azərbaycana məxsus olduğu qeyd olunur. Bu, Azərbaycan Milli Elmlər Akademiyasının nəşrlərində və o cümlədən xəritələr toplusu şəklində hazırlanmış atlaslarda öz əksini tapıb.

Azərbaycan  Ekologiya Nazirliyinin saytında deyilir ki, Qaragöl və onun ətraf ərazisi “tarixən Azərbaycan torpağı olub və 30 ilə yaxın davam edən işğal prosesindən sonra hazırda tamamilə işğaldan azad edilib”. Laçın İcra Hakimiyyətinin vebsaytında Qaragölün “uzunluğunun 1950 metr, maksimum eninin 1250 metr, sahil xəttinin uzunluğunun 5500 metr, maksimum dərinliyinin 7,8 metr, hövzəsinin sahəsinin 13 kv.km” təşkil etdiyi qeyd olunub. Hesablamalara görə, göldə suyun həcminin təxminən 10 milyon kub metr olduğu da göstərilib.

Qızılcıq Basarkeçər rayon mərkəzindən 5-6 km şimal-şərqdə yerləşən ərazicə çox da böyük olmayan azərbaycanlı kəndi idi. Tarixi araşdırmalar göstərir ki, Qızılcıq kəndinin əsasını XVII əsrin sonu -XVIII əsrin əvvəllərində Türkiyənin Diyarbəkir bölgəsindən gəlmiş çələbilər və məmmədlilər tayfası qoyub.

Kəndin ərazisindəki bütün toponimlər təmiz Azərbaycan türkcəsindədir. Qızılcıq inzibati ərazi etibarilə əvvəllər Qarakilsəyə, sonra isə Basarkeçər şəhər sovetinə tabe idi. Qızılcıq kəndi 1918-ci ildə Andronikin quldur dəstəsi tərəfindən dağıdılmış, kənd məscidi yandırılıb. Əhalinin bir hissəsi qırılıb, salamat qalan hissəsi isə Minkənd, Laçın, Füzuli, Cəbrayıl və Naxçıvana qaçmağa məcbur olub. Qızılcıq kəndi bir neçə il sahibsiz qalıb, yalnız 1925-ci ildə 73 nəfər öz doğma kəndinə qayıdıb, 1931-ci ildə onların sayı 292 nəfərə çatıb. 1988-ci ilin dekabrının ilk günlərində digər azərbaycanlı kəndləri kimi, Qızılcıq kəndinin də əhalisi millətçi erməni dəstələri tərəfindən zor gücünə doğma yurdlarından deportasiya olundular. Kənd əhalisinin bir hissəsi pay-piyada Minkənd yolu ilə Laçın rayonuna, bir hissəsi isə Ərikli dağını aşaraq, Şahbuz rayonuna pənah apardı. Ermənilər kəndin adını dəyişdirib İşxanasar (İşıqlıdağ) qoyublar. Ermənistanın bu ilin sentyabrında törətdikləri sərhəd təxribatından sonra ermənilərin Qızılcıq  kəndinin sakinlərini təxliyə etdikləri barədə xəbərlər vardı. “Azərbaycan Ermənistanın 1991-ci ilə olan dövlət sərhədlərini tanıyıb” deyib sevinməyin mənası nədir? Bu ərazilər sərhədlərin müəyyənləşməsi ilə bağlı komissiyada müəyyən olunacaq, yoxsa Soçi sənədi bunu “istisna edir”?

Oxu.az - Tək deputat maaşı ilə Fəzail Ağamalı bu qədər mülkü necə əldə edib? – SİYAHI

Fəzail Ağamalı 

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı qeyd etdi ki, AzadlıqRadiosunun “arqument”i  indiki reallıq qarşısında çox acizdir: “Əvvəla, cənab Prezident dəfələrlə ən müxtəlif formatlarda, platformalarda belə bir həqiqət ortalığa gətirib ki, sərhədlərin delimitasiyası və demakrasiyası üçün çoxsaylı xəritələr var və onların hər birindən istifadə olunacaq. Bu, dövlət başçısının qətiyyətli mövqeyidir. 1991-ci il dekabrın 29-da MDB ölkələrinin Almatıda keçirilən yığıncağında qəbul edilən bəyanatı xatırlayaq. Həmin bəyanatda qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyünü, suverenliyini tanıyan, eyni zamanda sərhəd toxunulmazlığını ifadə edən bənd var. Bu, son vaxtlar Ermənistan tərəfindən gündəmə gətirilən və çıxış yolu kimi əlində tutduğu yeganə arqumentdir. Amma unutmasınlar ki, Azərbaycanın tarixi torpaqları olan və sonradan SSRİ tərəfindən onlara verilən ərazilər başqa bir xəritə üzərində tanınmalıdır. Bu baxımdan demək istərdim ki, Soçi bəyannaməsində 1991-ci ildəki Almatı bəyannaməsinə istinad edildiyi üçün o, buradan çıxış edərək onu xüsusi bənd kimi ifadə edir. Bununla ciddi yanlışlığa yol verir. Beləliklə, erməni saxtakarlığı bir daha nümayiş etdirilir. Adıçəkilən Qaragöl və Qızılcıq kəndi Laçınla Qarakilsənin arasında olan məkanlardır. Qızılcıq kəndi tarix boyu Azərbaycan türklərinin yaşadığı məskən olub. Onun ətrafındakı bütün dərə, çay, təpə və s. birmənalı şəkildə türk toponimləridir, yəni türk adlarıdır. Ora ilə Ermənistanın, ümumiyyətlə, heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, Zəngəzurla, Ermənistan deyilən saxta bir dövlətin yerləşmiş olduğu torpaqlarla ermənilərin heç bir əlaqəsi yoxdur. Sadəcə, onlar rus imperiyası tərəfindən düşünülmüş şəkildə Qafqaza gətirilən və Osmanlı imperiyasına qarşı Azərbaycanın tarixi torpaqlarında Türkiyənin sərhədləri boyunca əvvəl saxta bir vilayət, sonradan isə dövlət yaratmışlar. Bu gün də onun yiyəsi kimi çıxış edirlər. Qızılcıq və onun üstündəki İşıqlıdağ tarixi Azərbaycan torpaqlarıdır. Bu gün Azərbaycan Ordusu həm Qaragöl, həm də İşıqlıdağ üzərində məskunlaşıb, özünün müşahidə məntəqələrini yaradıb. Orada əsgərlərimiz xidmətlərini həyata keçirirlər. Unutmaq olmaz ki, Azərbaycan əsgərinin durduğu yer, məskunlaşdığı torpaq bir daha başqasına verilmir. Bu, tarixən belə olub. Biz o torpaqların sahibi kimi oradayıq. Tamamilə əminəm ki, sərhədlərin delimitasiyası və demakrasiyasında son olaraq, sentyabrın 12-dən 13-nə keçən gecə ermənilərin kütləvi təxribatları zamanı şəhidlərimizin, igidlərimizin axıtdığı qan hesabına əldə etdiyimiz hər bir üstünlük bizdə də qalacaq. Buna heç kim şübhə etməsin”. 

Azər Badamov: Qeyri-neft sənayesinin sürətli inkişafı ölkə iqtisadiyyatının dünyadakı mənfi tendensiyalardan qorunmasına imkan verir - AZƏRTAC

 Azər Badamov

Deputat Azər Badamov bildirdi ki, Ermənistan Azərbaycanın tarixi torpaqları üzərində yaradılmış respublikadır: “Bu respublikanın 50-100 il əvvəlki toponimlərinə diqqət yetirsək, əsasən hamısının azərbaycanlılara məxsus olduğunu görərik. Təəssüf ki, ermənilər zaman-zaman havadarlarının dəstəyi ilə azərbaycanlıların öz tarixi torpaqlarından məcburi şəkildə köçürülməsinə nail ola biliblər. Amma iki il əvvəl Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz son 200 illik tariximizdə ilk dəfə olaraq torpaqları işğaldan azad edir və düşmənə layiqli cavab verməklə torpaqlardan qovur. Bu gün isə ordumuz öz torpaqlarımızda mövqe qurub yerləşib. O cümlədən Qaragöl ətrafında da Azərbaycan Ordusu nəzarəti qoyub və ermənilərə öz yerini göstərib. Növbəti mərhələ isə Ermənistanla sərhədlərin delimitasiya və demarkasiya olunmasıdır. Bu proses də dünya birliyi tərəfindən tanınmış sərhədlər çərçivəsində aparılmalıdır. O cümlədən bu gün Ermənistanın nəzarətində qalmış Qazax rayonunun 7 və Naxçıvanın Kərki kəndi də Azərbaycana qayıtmalıdır. Delimitasiya-demarkasiya prosesi zamanı koordinatlar müəyyənləşəcək və o zaman kimin harada durmalı olduğu dəqiq müəyyənləşəcək. Ona görə də bu gün ermənilərin söylədikləri iddialar əsassızdır. Ermənistan əgər sərhədləri müəyyənləşdirmək istəsə, biz buna hazırıq. Hesab edirəm ki, bu bizim tərəfdən Ermənistana verilmiş bir şansdır. Yox, əgər Ermənistan BMT tərəfindən tanınmış sərhədlərə şübhə ilə yanaşaraq hər hansı təxribata əl atmağa cəhd edərsə, onda tarixi torpaqlarımızı azad etmək üçün hərəkətə keçəcəyik və İrəvana qədər gedib çatacağıq. Buna kifayət qədər hərbi, iqtisadi və siyasi gücümüz və əsaslarımız var”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

NUH informasiya agentliyi səhifəsindən çap edilib