Dərc edilib: 04-11-2022

https://www.nuh.az/32562-.html

Fazil Məmmədov öldü - Yenilənib

04.11.2022 10:43:27

Hadisə

Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov dünyasını dəyişib.


Bu barədə “Qafqazinfo”ya eks-nazirin yaxınları məlumat verilib.

 

Xatırladaq ki, 1964-cü il təvəllüdlü Fazil Məmmədov 2000–2017-ci illərdə vergilər naziri vəzifəsini icra edib. O, eyni zamanda 2007–2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olub. 

Qeyd edək ki, bir neçə il əvvəl F. Məmmədovun qaraciyər serrozuna tutulduğu haqda xəbərlər yayılsa da, onun pankreatitdən (mədəaltı vəzin iltihabı) əziyyət çəkdiyi məlum olmuşdu. Eks-nazir Türkiyədə müalicə alırdı.

***

APA-nın məlumatına görə, Fazil Məmmədov Türkiyədə vəfat edib.

Sabiq nazir bir müddət idi Türkiyədə müalicə olunurdu.

O, Bakıda dəfn ediləcək.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib