Dərc edilib: 04-11-2022

https://www.nuh.az/32568-.html

Temperatur 8 dərəcə aşağı enəcək - Xəbərdarlıq

04.11.2022 22:26:46

LIVE

Bakıda və Abşeron yarımadasında noyabrın 6-dan 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s olacağı gözlənilir. Noyabrın 6-da səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək, bəzi yerlərdə arabir yağış yağacaq.  


“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcəyi bildirilir.

Azərbaycanın rayonlarında noyabrın 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi noyabrın 6-dan 7-si səhərədək arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

NUH informasiya agentliyi səhifəsindən çap edilib