Dərc edilib: 05-11-2022

https://www.nuh.az/32574-.html

Kasparov Ruben Vardanyanın “baş nazir” “təyin edilməsindən” yazdı

05.11.2022 11:40:01

LIVE

Rusiya müxalifətinin önəmli simalarından, şahmaz üzrə keçmiş dünya çempionu, əslən bakılı Harri Kasparov milyarder Ruben Vardanyanın qondarma və oyuncaq “DQR”in “baş naziri” təyin olunmasına münasibət bildirib.

Musavat.com xəbər verir ki, bu barədə Kasparov özünün telegram-kanalında yazıb.

“Rusiya vətəndaşlığından imtina edən milyarder Ruben Vardanyan tanınmamış Dağlıq Qarabağ Respublikası (qondarma-red.) hökumətinin başçısı olub. Əvvəllər Rusiya bu bölgədə sülhün bərqərar olmasına görə özünü sevinmiş kimi göstərirdi. Lakin “sülhməramlılar” (dırnaq Kasparov tərəfindən qoyulub-red.) oradan çəkilən kimi məlum oldu ki, hətta kvazi respublikanın bu cür sülhə ehtiyacı yoxdur”,-deyə Kasparov yazıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib