Dərc edilib: 06-11-2022

https://www.nuh.az/32585-.html

Bu rayonlara qar yağdı - VİDEO

06.11.2022 16:40:59

Hadisə

Azərbaycanın bəzi rayonlarına qar yağıb. 


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, şimal-qərb küləyi arabir güclənib.

Qar örtüyünün hündürlüyü:  Xınalıqda 15 sm, Qrızda 11 sm, Ləzədə 9 sm, Şahdağda 7 sm, Qaxda 3 sm, Xaltanda 1sm olub.

 

Düşən yağıntının miqdarı:  Qrızda 22.0 mm (aylıq normanın 77%-i), Şabranda 16.0 mm (aylıq normanın 53%-i), Qax, Qubada 15.0 mm (aylıq normanın 32%-i), Qusarda 15.0 mm (aylıq normanın 32%-i), Xaçmazda 13.0 mm (aylıq normanın 40%-i), Ləzədə 12.0 mm, Şəki, Zaqatalada 9.0 mm, Xınalıq, Qəbələ, Altıağac, Xaltanda 6.0 mm, Şahdağ, İsmayıllı, Ağsu, Oğuzda 5.0 mm, Şamaxıda 4.0 mm, Balakən, Qobustanda 3.0 mm, Daşkəsən, Naftalan, Şəmkir, Gəncə, Gədəbəy, Tovuz, Göyçay, Zərdab, Hacıqabul, Mingəçevir, Cəfərxanda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 13.0 mm (aylıq normanın 47%-i), Maştağada 7.0 mm, Bakıda 6.0 mm, Binə, Pirallahıda 5.0 mm-dək olub.

Külək: Şimal-qərb küləyi Salyan, Neftçalada 20 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 26 m/s, Neft Daşlarında 22 m/s, Çilov adası, Qumyataq, Pirallahında 20 m/s, Maştağada 18 m/s, Binədə 17 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 8-i gündüzədək davam edəcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib