Dərc edilib: 07-11-2022

https://www.nuh.az/32591-.html

İran Ermənistanla yeni saziş imzaladı

07.11.2022 14:00:36

LIVE

Ermənistanla İran qaz və elektrik enerjisinin mübadiləsi üzrə saziş imzalayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.

Məlumata görə, sözügedən saziş çərçivəsində İran elektrik enerjisi müqabilində Ermənistana qaz ixracını iki dəfə artıracaq.

Hazırda isə İran gündəlik olaraq Ermənistana 1 milyon kubmetr qaz ixrac edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib