Dərc edilib: 07-11-2022

https://www.nuh.az/32595-.html

Azadlıq Partiyasının ZƏFƏR günü ilə bağlı TƏBRİKİ

07.11.2022 20:36:37

Cəmiyyət

Azadlıq Partiyası Mərkəzi İcraiyyə Komitəsinin Zəfər günü ilə bağlı Təbriki

 

 2020- ci il sentyabr-noyabr aylarında Azərbaycan Ordusunun qəhrəmanlığı, millətin bütün təbəqələrinin birlik-bərabərlik içində Ordumuzun yanında olması nəticəsində düşmənə ölümcül zərbələr vuruldu, 30 il ərzində işğal altında olan Dağlıq Qarabağın əksər hissəsi işğaldan azad edildi.

Bu qələbə Azərbaycanın tarixinə yazılmış ən şərəfli hadisələrdən biridir, Zəfər günüdür.

Azadlıq Partiyası bu Zəfər günü münasibətilə bütün millətimizi- şəhid ailələrini, qazilərimizi, döyüşlərdə iştirak etmək üçün  həmin günlərdə hərbi komissarlıq qarşısında uzun növbələr yaratmış könüllülərimizi, həmin günlərdə hakimiyyətə birmənalı dəstək vermiş siyasi partiyaları, Ali Baş Komandan İlham Əliyevi, həmin günlərdə xalqımızın yanında olmuş Türkiyə və Pakistanı dövlətlərini təbrik edir.

Azadlıq Partiyası hesab edir ki, Ordumuzun qalibiyyət ruhu Mübariz İbrahimovun, Polad Həşimovun və onların minlərlə qardaşlarının qəhrəmanlığı, Şəhadəti hesabına bərqərar oldu. Şəhidlərimizə Tanrıdan rəhmət diləyir, qazilərimiz qarşısımnda baş əyirik. 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib