Dərc edilib: 07-11-2022

https://www.nuh.az/32601-.html

İsrailin Zəngilanda konsulluğu açılmalıdır

07.11.2022 23:10:02

LIVE

“Qafanda İran Baş konsulluğunun açılışında Ermənistan Təbrizdə öz konsulluqlarını açmaq niyyətini bəyan edib. Bununla da İsrailin Zəngilanın Ağalı kəndində konsulluğunu açılması labüd olub”. 


“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Vəkillər Kollegiyasının üzvü Ceyhun Yusifov öz feysbuk hesabında paylaşıb. Vəkil qeyd edib ki, mütləq qaydada ən qısa vaxt ərzində konsulluğun açılması dövlətimiz tərəfindən təmin olunmalıdır:

“İranın Zəngilanda üçrəngli bayrağımızı görməyə dözümü yox idi, indi isə üçrəngli bayrağımızın ardınca İsrailin altıgüşəli ulduzlu bayrağını da görməli olacaq, yəqin ki, İran bundan sonra ağıllanar”.

Vəkil İranın tez-tələsik Qafanda konsulluq açmasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan səfərinə cavab kimi dəyərləndirib.

Qeyd edək ki, oktyabrın 21-də Ermənistanın Qafan şəhərində İranın Baş konsulluğu açılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib