Dərc edilib: 09-11-2022

https://www.nuh.az/32609-.html

Ramiz Mehdiyevin həyat yoldaşı məhkəməyə verildi ...

09.11.2022 16:06:50

Müsahibə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva məhkəməyə verilib.  

Qaynarinfo xəbər verir ki, iddiaçı Səidov Elmar Çingiz oğlu adlı şəxsdir. İş Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbi barədə məlumat yoxdur. 
Elmar Səidov "Fireland Vineyards” MMC-nin qanuni təmsilçisidir. Bu şirkət şərab istehsalçısıdır. 
Mediada yayılan məlumatlara görə, "Fireland Vineyards" MMC xammal kimi əsasən Novxanı qəsəbəsində "Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edir. Novxanı qəsəbəsində Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevaya məxsus böyük torpaq sahəsi var. Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı məlumatda göstərilir ki, Qalina Mehdiyeva və oğlu Timur Mehdiyev dəfələrlə kənd təsərrüfatı üçün subsidiya alıblar.
Maraqlıdır ki, Elmar Səidov Qalina Mehdiyeva ilə birgə "Fireland Vineyards” MMC-ni də məhkəməyə verib. Bu da qanuni təmsilçisi olmasına baxmayaraq, şirkətin əslində ona məxsus olmadığına şübhələr yaradıb. Araşdırmalarımız zamanı bəlli olub ki, əslində "Fireland Vineyards” MMC-nin sahibi də Qalina Mehdiyevadır.
Yeri gəlmişkən, 2019-cu ildə Elmar Səidovun "Fireland Vineyards” MMC-də milyonlarla manat vəsaiti mənimsədiyi barədə məlumat yayılıb. Bu fakt də şirkətin Elmar Sədiova məxsus olmadığını göstərir.
İş üzrə maraqlı tərəflərdən biri də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsidir. Bu da təsadüfi deyil. "Fireland Vineyards” MMC-nin külli miqdarda vergi borcu var. Şirkətin bu günə olan vergi borcu 128 691.94 AZN təşkil edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib