Dərc edilib: 09-11-2022

https://www.nuh.az/32614-.html

Superkompüter bəşəriyyətin qaçılmaz ölümünü proqnozlaşdırdı - TARİX

09.11.2022 21:06:42

LIVE

Sivilizasiya modellərini proqnozlaşdırmaq üçün nəzərdə tutulmuş "World One" superkompüteri bəşəriyyətin yoxa çıxmasının nə vaxt baş verəcəyini hesablayıb. 
Qaynarinfo Britaniyanın "The Daily Star” nəşrinə istinadən xəbər verir ki, 1970-ci illərdə Roma Klubunun sifarişi ilə yaradılan maşının hesablamalarına görə, sivilizasiyanın dağılması 2050-ci ildə baş verəcək.
Qeyd olunur ki, dünyanın sonunun səbəbkarı insanların fəaliyyəti, xüsusən də ətraf mühitin çirklənməsi və onun mənfi nəticələri olacaq.
"Təxminən 2040-cı ildən 2050-ci ilə qədər bu planetdə bildiyimiz kimi sivil həyat öz mövcudluğunu dayandıracaq”, proqnozda deyilir. 
Hətta "ekoloji cəhətdən təmiz" avtomobillərə tam keçid və ciddi doğum nəzarəti vəziyyəti yaxşılığa doğru düzəldə bilməz.
Nəşr xatırladıb ki, "World One"ın 2020-ci il üçün proqnozu planetin vəziyyətinin "son dərəcə kritik” olacağını iddia edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib