Dərc edilib: 10-11-2022

https://www.nuh.az/32618-.html

“Putinin aşpazı”nın 17 yaşlı qızı...Putinə bənzəyir

10.11.2022 08:38:44

LIVE

Kreml rejiminin silahdaşlarından sayılan, mediada “Putinin aşpazı” olaraq bilinən Yevgeni Priqojinin kiçik qızı, 17 yaşlı Veronika Priqojina Sankt-Peterburqun mərkəzində yerləşən məşhur “Red Stars” hotelinin sahibi olub.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın müxalifyönlü teleqram kanalları məlumat yayıb.

Qeyd olunur ki, azyaşlı Veronika Priqojina biznesmenin ailəsinə qarşı Qərb sanksiyalarının tətbiq olunmadığı yeganə şəxsdir. Priqojinin digər qızı Polina, həyat yoldaşı Lyubov, anası Violetta və biznesmenin özü Aİ və ABŞ-ın sanksiya siyahısındadır.

Sankt-Peterburqlu iş adamı Yevgeni Priqojin 2011-ci ildən bütün Rusiyada təhsil, tibb və dövlət müəssisələrini qida ilə təmin edir. 10 il ərzində Priqojinlə əlaqəli biznes strukturları yüz milyardlarla rubl dəyərində dövlət müqavilələri imzalayıb. Biznesmen həm də Sankt-Peterburqda hökumətyönlü “trol fabriki”ni təşkil edib. Bundan əlavə, Priqojin bu yaxınlarda Ukrayna, Suriya və Afrikada hərbi əməliyyatlarda iştirak edən, döyüşçüləri çoxsaylı hərbi cinayətlərdə şübhəli bilinən “Vaqner ÖHŞ” adlanan təşkilatın qurucularından və sponsorlarından biri olduğunu etiraf edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib