Dərc edilib: 10-11-2022

https://www.nuh.az/32626-.html

Azərbaycanlı futbolçu EDAM olunacaq....

10.11.2022 16:50:38

Reportaj

İran millisinin Azərbaycanəsilli sabiq futbolçusu Əli Daei haqqında ölüm hökmü çıxarıldığı iddia edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, buna səbəb sabiq oyunçunun Məhsa Əminin öldürülməsinə qarşı etirazlarda iştirakıdır.

Hazırda həbsdə olan Daeinin edam olunacağı deyilir.

Xatırladaq ki, Əli Daei ötən ayın əvvəlində saxlanılıb və həbsə göndərilib.

Qeyd edək ki, Əli Daeinin 53 yaşı var. O, karyerası ərzində “Bavariya”, “Herta” kimi məşhur klublarda çıxış edib. Əli Daei ötən ilə qədər yığma komandaların heyətində ən çox qol vuran futbolçu kimi rekorda sahib olub. Onun rekordunu 2021-ci il sentyabrın 1-də Kriştianu Ronaldo qırıb.

Daei hazırda 109 qolla ikinci pillədə qərarlaşır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib