Dərc edilib: 11-11-2022

https://www.nuh.az/32635-.html

Gəncədə kişi arvadının gözlərini çıxarıb, sonra isə özü intihar edib

11.11.2022 08:10:24

LIVE

Gəncə şəhərində qadın əri tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxs isə sonra özünü bıçaqlayaraq intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər ərazisində 1982-ci il təvəllüdlü H.Quliyeva gözlərindən bıçaq xəsarəti alıb və ağır halda xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən əri - 1965-ci il təvəllüdlü Səttar Qafar oğlu Cəlilov isə sonradan özünü bıçaqlayaraq intihar edib.

Hadisə Gəncə şəhər Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib