Dərc edilib: 12-11-2022

https://www.nuh.az/32656-.html

Paşinyandan Sensasion bəyanat:Qarabağ Azərbaycandır və ilin sonuna..

12.11.2022 11:16:25

LIVE

Paşinyandan SENSASİON bəyanatlar: Qarabağ Azərbaycandır və ilin sonuna kimi...

Əgər biz Ermənistan Respublikasının və Dağlıq Qarabağın fəlakətlərlə üzləşməməsini istəyiriksə, o zaman bütün dünyaya qarşı təkbaşına mübarizə aparmamalıyıq, çünki bacarmırıq. Bizim həyata keçirilə biləcək real proqramımız olmalıdır”.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, bunu noyabrın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan yerli mediaya müsahibəsində söyləyib.

Nikol Paşinyan burada Ermənistan hakimiyyətinin Qarabağ məsələsində mövqeyi ilə bağlı sualı cavablandırıb. Jurnalistin “Qarabağ Ermənistanındırmı, yoxsa Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olması faktı ilə artıq çoxdan barışıbmı” sualını ünvanlayıb.

Paşinyanın sözlərinə görə, yeni situasiyada Ermənistan Respublikasına yeni nəzəriyyə lazımdır: “Köhnə nəzəriyyə pis deyildi. Sadəcə, qəbul olunduğu ilk gündən bizim bütün fəaliyyətimiz bu nəzəriyyəyə zidd idi və bu da ilk növbədə onu ləğv etməyimizə səbəb oldu”.

O, qeyd edib ki, 2018-ci ildə indiki kimi hər şeyi danışmadığı üçün özünü günahkar hiss edir.

“Mən düşünürdüm ki, mogikan bu nəzəriyyə adına necə döyüşməlidir. Sonra məlum oldu ki, bu, heç kimə lazım deyilmiş və heç kim hakimiyyət rıçaqları əlində olanda bu nəzəriyyənin qeydiyyata alınmasına və onun qorunub saxlanılmasına yönəlmiş hər hansı hərəkətlərə hazır olmayıb. Biz artıq olanı qeyd etməli və bu reallıqla üzləşməliyik”, - baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan xarici siyasətini həyata keçirərkən həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayıb və bu, onun fikrincə, (gələcək proseslərdə) mühüm amildir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib